“Dəlixanada vəziyyət Ermənistandan daha yaxşıdır” - Manukyan

“Dəlixanada vəziyyət Ermənistandan daha yaxşıdır” -   Manukyan
  28 May 2021    Oxunub:1015
Ermənistanda siyasi gərginlik davam edir.
Azvision.az xəbər verir ki, ölkədə seçkiöncəsi daxili çaxnaşmalar, diplomatik böhran və sərhəd hadisələri cəmiyyətdə ciddi narahatlığa səbəb olub.

Ermənistanın tanınmış media nümayəndəsi olan “7or.am” xəbər saytının baş redaktoru Aregnaz Manukyan hökuməti tənqid edərərək, baş verən hadisələrdə iqtidar komandasının günahkar olduğunu bildirib.

Qəribə görünsə də, tanınmış jurnalist Ermənistanın hazırki durumunu dəlixana ilə müqayisə edib: “Psixatriya xəstəxanasındakı vəziyyət bizim ölkədən daha yaxşıdır. Heç olmasa, orada insanlar fiziki olaraq təhlükəsiz olurlar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Gərginlik  





Xəbər lenti