Avropa İttifaqından Azərbaycana təbrik - VİDEO

 Avropa İttifaqından Azərbaycana təbrik -  VİDEO
  28 May 2021    Oxunub:813
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki bu barədə nümayəndəliyin “Facebook” səhifəsində paylaşım edilib.

"Azərbaycanın Respublika Günü münasibətilə hər birinizi təbrik edirəm. 103 il əvvəl Azərbaycan Demokratik Respublikası qurulmuşdur. 30 il əvvəl 1991-ci ildə xalq yenidən dövlət müstəqilliyini bərpa etdi. O vaxtdan etibarən Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq inkişaf edir.

Bizim enerji sahəsində çox qabaqcıl strateji tərəfdaşlığımız var. Biz birlikdə nəqliyyat, bölgələrin inkişafı, demokratik idarəetmə sahəsində dayanaqlığı artırmaq üzərində işləyirik. İnsanlar arasındakı əlaqələri təşviq edirik. Azərbaycan xalqına sülh, sabitlik, sağlamlıq, rifah arzu edirəm.

Respublika Günün mübarək, Azərbaycan!", - səfirin təbrikində vurğulanıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: KestutisYankauskas  





Xəbər lenti