“Ter-Petrosyan Qarabağı Azərbaycana verməyi təklif edirdi” - Paşinyan

 “Ter-Petrosyan Qarabağı Azərbaycana verməyi təklif edirdi” -  Paşinyan
  28 May 2021    Oxunub:1453
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan birinci prezident Levon Ter-Petrosyanın Qarabağ nizamlanması ilə bağlı açıqlamasına münasibət bildirib.
Azvision.az xəbər verir ki, Paşinyan Ter-Petrosyanın İrəvanın son illərdəki siyasətini tənqid etdiyini, lakin bu gün problemin həllini necə gördüyünü söyləmədiyini deyib.

"Ter-Petrosyan fikirlərinin nəyə əsaslandığını söyləməlidir. O, Qarabağı tamamilə Azərbaycana verib, bununla da mövzunu qapalı hesab etməyimizi təklif edirdi. Ancaq bu gün nədənsə bizi ittiham edirlər", - Paşinyan hakim "Vətəndaş razılaşması" partiyasının seçki qərargahının nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, 1918-ci və 1920-ci illərdə "Batum" və "Aleksandropol" müqavilələrini imzalayan “ARF Daşnaksütyun” partiyası mövcud hökuməti xəyanətdə günahlandırır. Baş nazir hesab edir ki, ARFD-nin hazırkı üzvləri bu sənədlərin imzalanmasını xəyanət kimi qiymətləndirən kimi, hazırkı hökuməti də xəyanətdə ittiham etmək hüquqlarına sahib olacaqlar.

Bundan əvvəl, Ter-Petrosyan İctimai Televiziyaya verdiyi müsahibədə Ermənistanın Azərbaycana güzəştə getməklə daha çox şey əldə edə biləcəyini söyləyib. O, ölkə səlahiyyətlilərinin bu şansı əldən verdiklərini, nəticədə müharibədə məğlub olduqlarını deyib. İlk prezident problemin mərhələli həllini müdafiə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti