Erməni katolikos təxribata əl atdı: “Müharibə hələ bitməyib”

Erməni katolikos təxribata əl atdı:  “Müharibə hələ bitməyib”
  28 May 2021    Oxunub:1329
Erməni katolikos Birinci Aram vətəndaşları təxribata çəkən çıxışlar edib.
Azvision.az xəbər verir ki, yerli media katolikosun respublika günü münasibətilə xalqa videomüraciətini yayıb.

Ermənistanın dini rəhbəri çıxışında insanları sülh və əmin-amanlığa deyil, aşkar şəkildə müharibəyə, revanş almağa çağırıb.

“Müharibə qurtarmayıb. Erməni xalqı, oyan!”,- deyə katolikos bildirib.

Qeyd edək ki, Ermənistan kilsənin və ümumilikdə din xadimlərinin siyasətə, dövlət işlərinə təsir etdiyi nadir ölkələrdən sayılır. Dini ölkə olmamasına baxmayaraq, İrəvanda siyasi ideologiyanı çox vaxt kilsə tənzimləyir. İkinci Qarabağ müharibəsində növbəti dəfə şahidi olduq ki, erməni din xadimləri vətəndaşları qanlı döyüşlərə təhrik edərək, terrorçu mövqedən çıxış edirlər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti