Dövlət başçısı Qiyaslı məscidində olub - YENİLƏNİB

 Dövlət başçısı Qiyaslı məscidində olub -  YENİLƏNİB
  28 May 2021    Oxunub:1771
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.
Azvision.az xəbər verir ki, “ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlətimizin başçısına məscidlə bağlı məlumat verdi.

Bildirildi ki, ermənilər burada da heyvanlar saxlamış, gedəndə də yandırıblar və xeyli ziyan dəyib. Bunlar bərpaçıdan verilən ilkin sənədlərdir.



Prezident İlham Əliyev: Buranın əvvəlki görüntüləri var? Kitablarda, şəkillərdə.

Ruslan Sadıqov: Bərpaçı tərəfindən belə təqdim olunur.

Prezident İlham Əliyev: İki minarə olub da burada?

Ruslan Sadıqov: Bəli.

***
Qeyd edək ki, bu məscid də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biridir. Ağdam rayonunun Qiyaslı kəndində bu dini abidə XVIII əsrə aiddir. Qiyaslı məscidi 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Ağdam  





Xəbər lenti