“Bu ermənilərin yaxşı yaşamağa haqqı yoxdur” - Gevorqyan

“Bu ermənilərin yaxşı yaşamağa haqqı yoxdur” -   Gevorqyan
  28 May 2021    Oxunub:938
Tanınmış erməni fəal, hərbi məsələləri araşdıran Aram Gevorqyan öz millətini tənqid atəşinə tutub.
Azvision.az xəbər verir ki, buna səbəb baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyana göstərilən simpatiya olub.

Belə ki, Gevorqyan bu gün Ermənistanın respublika günü münasibətilə təşkil edilən bayram tədbiri zamanı insanların Akobyanla şəkil çəkdirmək üçün növbəyə durmasından qəzəblənib.

“Anna ilə selfi çəkmək üçün növbə gözləyin. Bu insanların yaxşı yaşamağa haqqı varmı? Heç birinin yoxdur...”,- deyə erməni ictimai fəal bildirib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Akobyan  





Xəbər lenti