“Müharibəyə başlaya bilmərik” - Paşinyandan Qaragöl açıqlaması

“Müharibəyə başlaya bilmərik” -  Paşinyandan Qaragöl açıqlaması
  28 May 2021    Oxunub:1166
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün tərəfdarları ilə görüş zamanı Azərbaycanla sərhəd probleminə toxunub.

Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, Paşinyanın Qaragöllə bağlı fikirləri ermənilərin heç də ürəyincə olmayıb. “Biz Qaragölün 30 faizinə görə müharibəyə başlaya bilmərik. Nədir, indi gölün 30 faizindən ötrü müharibə edək?”, - deyə Paşinyan mövzu ilə bağlı çıxışında vurğulayıb.

Tural Tağıyev
Azvision.az




Teqlər: Paşinyan   Qara-göl  





Xəbər lenti