“Dost Azərbaycan xalqına əmin-amanlıq arzulayıram”- İspaniya Kralı

 “Dost Azərbaycan xalqına əmin-amanlıq arzulayıram”-   İspaniya Kralı
  28 May 2021    Oxunub:1162
İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Cənab Prezident,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.

Sizə dərin hörmət və ehtiramımı bildirirəm”.

Azvision.az


Teqlər: Prezident   Məktub  





Xəbər lenti