242 yeni yoluxma qeydə alındı - Ölüm sayı azaldı

242 yeni yoluxma qeydə alındı -  Ölüm sayı azaldı
  28 May 2021    Oxunub:1349
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 242 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 333 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 198 nəfər müalicə olunaraq sağalıb, 4896 nəfər vəfat edib, aktiv xəstə sayı 5465 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 254, ötən müddət ərzində isə 3 496 635 test aparılıb.



Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti