“Mənim qurduğum ordunu məğlub etdilər” - Erməni general

  “Mənim qurduğum ordunu məğlub etdilər” -   Erməni general
  28 May 2021    Oxunub:3012
Ermənistan ordusunun keçmiş rəhbəri, general Norat Ter-Qriqoryants ölkəsinin düşdüyü ağır durumdan söz açıb.

Azvision.az xəbər verir ki, o, əvvəlcə sərhəd gərginliyi məsələsinə görə İrəvanı qınayıb, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) edilən müraciəti biabırçı addım adlandırıb:
"Bu necə baş verdi? Mənim qurduğum ordu Qarabağı əldə etmişdi. 30 il ölkəmizi qorumuşdu. İndi isə onlar bu ordunu məğlub etdilər. Nə baş verdiyini anlamıram, hakimiyyətə nizamsız, kontrol edilməyən rəhbərlər gəldilər. Nələr yaşanır axı?",- deyə general qurduğu ordunun məğlub olmasına görə heyfslənib.

Rusiyada yaşayan erməni general KTMT-yə müraciət məsələsinə də toxunub: "Hörmətli baş nazir, öz sərhədinizi təşkil edə bilmirsinizsə, KTMT-yə necə müraciət edə bilərsiniz? Ruslardan, qazaxlardan, türkmənlərdən, özbəklərdən birinin gəlib sərhədinizi qorumasını istəyirsinizmi? Ayıbdır. Əgər müharibə olsaydı, bu başqa məsələ olardı, qüvvələr çatmazdı, gəlib dəstək verərdilər. Amma burada müharibə yoxdur, təhlükəsizliyə Silahlı Qüvvələr və Müdafiə Nazirliyinin rəhbəri məsuliyyət daşıyır. Bu insan təhlükəsizliyin nə olduğunu başa düşürmü? Silahlı Qüvvələri idarə edirmi? O, problemi təsəvvür edirmi? Qoşunların harada olduğunu, komandirlərin, bölük komandirlərinin və bölmələrin harada yerləşdiklərini bilirmi? Ümumiyyətlə, nələr baş verir? İndiki hadisələrə qədər əvvəlki, keçmiş "əsirlər" geri qaytarılmadı. Bu insanlar necə əsir düşdülər axı? Onlara lazımi zamanda doğru mövqelərə qayıtmaq üçün düzgün əmrlər verilmədi.

Mən Ermənistan ərazisində Rusiya anklavı yaratdım, 107-ci hərbi diviziyanı burada yerləşdirərək baza qurduq. Çünki Rusiyadan başqa müttəfiqimiz yoxdur. Bizim yeganə müttəfiqimiz Rusiyadır".

Qeyd edək ki, Norat Ter-Qriqoryants 1992-1995-ci illərdə baş qərargah rəisi, 1993-cü ildə isə müdafiə naziri olub.

Tural Tağıyev
Azvision.az


Teqlər: General   Ordu   Ermənistan   Məğlub   KTMT  





Xəbər lenti