“Paşinyan Ermənistanı statusdan məhrum etdi” - Ter-Petrosyan cavab verdi

  28 May 2021    Oxunub :549
 “Paşinyan Ermənistanı statusdan məhrum etdi” -   Ter-Petrosyan cavab verdi
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün ölkənin ilk prezidenti olmuş Levon Ter-Petrosyanın vaxtilə Qarabağı Azərbaycana vermək istədiyini söyləyib.
Azvision.az xəbər verir ki, Paşinyanın bu açıqlaması qarşı tərəfin hiddətinə səbəb olub.

"Qərb Ermənistana görə Türkiyə ilə mübahisə etməyəcək"- Modest Kolerov
Belə ki, Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan ittihama reaksiya verərək deyib: “Jurnalistlərin bu məsələ ilə bağlı sorğularına cavab olaraq birinci prezidentin adından açıqlama verirəm. Paşinyan bu fikri ilə siyasətdə həqiqətən heç nə başa düşmədiyini sübut etdi. Rəqiblərinin, hətta Rusiya kimi müttəfiqlərinin birbaşa sözlərini başa düşmür. Üstəlik, bizim Qarabağı Azərbaycana vermək istədiyimizi söyləyərək ilk prezidenti nədə ittiham etdiyini belə anlamır. Onun artıq "möhtəşəm" şəkildə etdiyi bir iş var - Qarabağı Azərbaycana təhvil verdi. Başqa sözlə, əgər Robert Koçaryan Qarabağ münaqişəsinin nizamlanması prosesində "Artsax"ı (Qarabağ-red) bərabərhüquqlu tərəf statusundan kənarlaşdırmışdısa, Paşinyan Ermənistanı bu statusdan məhrum etdi. Artıq Ermənistan bu məsələdə həlledici sözə sahib deyil. Ermənistan üçün mümkün olan yeganə addım, "Qarabağ xalqı"nın (Qarabağda yaşayan ermənilər-red.) humanitar ehtiyaclarını ödəməkdir".

Qeyd edək ki, Paşinyan Ter-Petrosyanın İrəvanın son illərdəki siyasətini tənqid etdiyini, lakin bu gün problemin həllini necə gördüyünü söyləmədiyini demişdi: "Ter-Petrosyan fikirlərinin nəyə əsaslandığını söyləməlidir. O, Qarabağı tamamilə Azərbaycana verib, bununla da mövzunu qapalı hesab etməyimizi təklif edirdi. Ancaq bu gün nədənsə bizi ittiham edirlər".

Onun sözlərinə görə, 1918-ci və 1920-ci illərdə "Batum" və "Aleksandropol" müqavilələrini imzalayan “ARF Daşnaksütyun” partiyası mövcud hökuməti xəyanətdə günahlandırır. Baş nazir hesab edir ki, ARFD-nin hazırkı üzvləri bu sənədlərin imzalanmasını xəyanət kimi qiymətləndirən kimi, hazırkı hökuməti də xəyanətdə ittiham etmək hüquqlarına sahib olacaqlar".

Bundan əvvəl, Ter-Petrosyan İctimai Televiziyaya verdiyi müsahibədə Ermənistanın Azərbaycana güzəştə getməklə daha çox şey əldə edə biləcəyini söyləyib. O, ölkə səlahiyyətlilərinin bu şansı əldən verdiklərini, nəticədə müharibədə məğlub olduqlarını deyib. İlk prezident problemin mərhələli həllini müdafiə edib.

Oxşar xəbər:

“Ter-Petrosyan Qarabağı Azərbaycana verməyi təklif edirdi” - Paşinyan

Tural Tağıyev
Azvision.az

Teqlər: Paşinyan   Ermənistan   Qarabağ   Rusiya