Lənkəranda maşın hasara çırpılıb, ölən var

Lənkəranda maşın hasara çırpılıb,  ölən var
  28 May 2021    Oxunub:1606
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərinin Şirinsu qəsəbəsində “Subaru” markalı minik avtomobili yol kənarında hasara çırpılıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1964-cü il təvəllüdlü Həmzəyev Sürəddin Mirzağa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: Lənkəran   Qəza   FHN  





Xəbər lenti