Taksim meydanında Respublika gününə həsr olunan fləşmob keçirildi

  28 May 2021    Oxunub :614
Taksim meydanında Respublika gününə həsr olunan fləşmob keçirildi
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) İstanbulun mərkəzində, Taksim meydanında 28 May - Respublika günü münasibətilə bayraq fləşmobu keçirib.
Türkiyə vətəndaşları və xarici turistlərə Azərbaycan bayrağı hədiyyə edililib. Həmçinin, Taksim meydanında Respublika Gününə həsr edilmiş stenddə tarix və mədəniyyətimizi tərənnüm edən müxtəlif əyani vəsaitlər sərgilənib, tarixi və mədəni irsimiz, Azərbaycan həqiqətləri, Vətən müharibəsindəki qələbəmiz təbliğ olunub.

Stend ziyarətçilərinin sualları cavablandırılıb.







Azvision.az

Teqlər: Respublika-Günü