Sabiq nazir müavini: “Ermənilər Qarabağı unudurlar”

  Sabiq nazir müavini:  “Ermənilər Qarabağı unudurlar”
  29 May 2021    Oxunub:1554
Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı yenidən tənqid edib.

Azvision.az xəbər verir ki, o, seçki öncəsi Paşinyanın tərəfdarları ilə keçirdiyi görüşlərin anormallığı ilə seçildiyini vurğulayıb.
Zakaryan seçki kampaniyalarına cahil insanların qatıldığını söyləyib. Həmçinin deyib ki, bölgə rəhbərləri tərəfindən təşkil edilən beş-on nəfərlik görüşlərə baxanda istər-istəməz cahil insanları cinayətinin qaçılmazlığına inandırmağa çalışan bir cinayətkarı xəyal edirsən.

“Uşaqlar, məhəllələrdən dəvət olunan cahillər, bir neçə evdar xanım və s. Onun görüşlərində nə bir ziyalı, nə də cəmiyyətdə hər hansı ciddi sahədə məsul olan insan olur. Bu tədbirlərdə vicdanlı vətəndaşlar iştirak edərlərsə, ən azı beş dəqiqədə 10 dəfə cavab verərək Nikolun ağzını faktlarla bağlayar. Ancaq yox, kapitulyatora kiçik cahil qruplarla görüşməsi lazımdır.

Kapitulyator iş başındadır, Ermənistan Respublikası isə sürətlə məhv edilir. Bu gün 103 yaşını qeyd edən respublikamız, insanlar tədricən Qarabağı unudurlar. Belə davam edərsə, kapitulyator “Artsax”ı (Qarabağ-red.) təslim etdiyi üçün xalqdan mükafat tələb edəcək”,- deyə Zakaryan qeyd edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Görüş   Seçki   Qarabağ  





Xəbər lenti