“ASAN xidmət” əməkdaşlarına medallar təqdim olunub - FOTOLAR

 “ASAN xidmət” əməkdaşlarına medallar təqdim olunub -  FOTOLAR
  29 May 2021    Oxunub:995
28 May – Respublika Günü münasibəti ilə “ASAN xidmət” əməkdaşları və ASAN könüllüləri Azərbaycan bayraqları ilə bəzədilmiş şəxsi avtomobilləri ilə avtoyürüş ediblər.
Azvision.az xəbər verir ki, Bakı şəhəri Heydər Əliyev mərkəzindən start götürən yürüş Şamaxı şəhərinə qədər davam edib.

Öncə “ASAN xidmət” əməkdaşları Şamaxıda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.



Sonra Şamaxı regional “ASAN xidmət” mərkəzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmuş əməkdaşlara medalların təqdimolunma mərasimi keçirilib.

Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək, Prezident İlham Əliyev tərəfindən Dövlət Agentliyinin fəaliyyətinə daim xüsusi diqqət və qayğı göstərildiyini, “ASAN xidmət" işçilərinin peşə bayramı gününün təsis edildiyini vurğulayıb.



Sonra “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalı ilə təltif olunmuş əməkdaşlara ali dövlət mükafatları təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Müvafiq Sərəncama əsasən, “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Dövlət Agentliyinin 6 əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə”, 5 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.









Azvision.az


Teqlər: ASAN-xidmət   Əməkdaş   Medal  





Xəbər lenti