“Ağdam əvvəlkindən daha böyük rayona çevriləcək” - Elxan Şahinoğlu

“Ağdam əvvəlkindən daha böyük rayona çevriləcək” - Elxan Şahinoğlu
  29 May 2021    Oxunub:1062
“Ağdam, Şuşa və işğaldan azad edilən digər şəhər, qəsəbə və kəndlərimiz planlaşdırılan və Prezidentə təqdim olunan şəkildə qurulsa, Qarabağa qayıdışın sürətlənəcəyinə inanıram”.
Azvision.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, dünənki təqdimatdan sonra aydın olub ki, Ağdam həm ərazisinə, həm də əhalisinə görə əvvəlkindən daha böyük rayona və şəhərə çevriləcək:

“Misal üçün Bakıda olmayan tramvay Ağdamda fəaliyyət göstərəcək. Ağdamda Sənaye Parkının bünövrəsi qoyuldu. Bu çox vacibdir. Ağdama 100 min insan qayıdacaqsa, onların məşğul olacaqları sahələr indidən müəyyənləşdirilməlidir. Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə paralel Qarabağa 800 minlə 1 milyon civarında insanın qayıdışının təmin edilməsinin Azərbaycan üçün böyük geosiyasi, iqtisadi və hərbi nəticələri olacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ağdam   Politoloq  





Xəbər lenti