Rusiya hərbçiləri və ya müşahidəçilər - Paşinyanın sərhəd planı

Rusiya hərbçiləri və ya müşahidəçilər -  Paşinyanın sərhəd planı
  29 May 2021    Oxunub:964
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərhədin Sotk-Xoznavar hissəsindən iki ölkənin qoşunlarının geri çəkilməsi halında orada kimin yerləşəcəyi barədə danışıb.
Azvision.az xəbər verir ki, bu barədə o, Avan inzibati bölgəsində “Vətəndaş razılaşması”nın fəalları ilə görüşdə bildirib.

"Əgər Rusiya bu ideya ilə razıdırsa, o zaman Rusiya sərhədçiləri və ya ATƏT-in Minsk Qrupu həmsədrliyinin müşahidə qrupları, yaxud da sərhəd mühafizəçiləri ilə müşahidəçilərin birləşmiş qrupu ola bilər", - Paşinyan deyib.

O, əlavə edib ki, qoşunlar geri çəkildikdən sonra sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlanıla bilər.

Xatırladaq ki, son günlər Ermənistan tərəfi Azərbaycanla sərhəddə təxribatlar törətməyə cəhd göstərir. Bir neçə gün əvvəl təxribata əl atan erməni diversiya qrupunun 6 üzvü saxlanılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Sərhəd  





Xəbər lenti