Növbəti stansiya “8 Noyabr” - FOTOREPORTAJ

 Növbəti stansiya “8 Noyabr” -  FOTOREPORTAJ
  29 May 2021    Oxunub:3684
Bu gün Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib.
Ümumi uzunluğu 363,34 metr olan Bakı Metropoliteninin 26-cı, “Bənövşəyi” xəttin 3-cü stansiyası Nəsimi rayonunda yerləşir. Stansiya ərazinin yeraltı nəqliyyat vasitəsilə şəhərin mərkəzi və paytaxtın digər rayonları ilə birləşdirilməsində xüsusi rol oynayır.

Dövlət başçısının göstərişinə əsasən, Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adının verilməsi respublika ərazisində həyata keçirilən bütün layihələrə postmünaqişə reallıqlarına uyğun – yəni, Qələbə və Həmrəylik ruhundan yanaşıldığını göstərir.

İkinci Qarabağ müharibəsindəki Zəfərimizin tərənnümü olan bu stansiya sosial-iqtisadi, infrastruktur əhəmiyyəti ilə yanaşı, həm də mənəvi komponentləri özündə ehtiva edir. Çünki, bir zamanlar metronun “20 Yanvar” stansiyasından “Azadlıq” stansiyasına gedən yolda tarixən yaşadığımız iztirabları, məşəqqətli günləri xatırlayırdıqsa, indi “8 Noyabr” stansiyasında bu keşməkeşli yolun xoşbəxt sonluğuna, “Dəmir yumruğun” gətirdiyi Qələbə müjdəsinə şahidlik edəcəyik.

Azvision.az -ın “8 Noyabr” stansiyasında hazırladığı fotoreportajı təqdim edirik:

































Foto: Anar Bayramlı
Azvision.az

Qalereya




Teqlər: Bakı   Metro   Stansiya   8-Noyabr  





Xəbər lenti