Azərbaycan bayrağı Konya səmasında dağlandırılıb - FOTOLAR

 Azərbaycan bayrağı Konya səmasında dağlandırılıb -  FOTOLAR
  29 May 2021    Oxunub:1511
Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız fəal iştirak edir.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin növbəti günündə senariyə əsasən qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyənləşdirilərək xilas olunması məqsədilə axtarış-xilasetmə əməliyyatları icra edilib.



Təlimə cəlb olunan pilotlarımız Mi-17 helikopteri ilə koordinatlar əsasında müəyyən edilən əraziyə eniş edib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirərək, ekipaj üzvlərini ərazidən təxliyyə edib.



Paraşüt hazırlığı üzrə keçirilən növbəti məşqlərdə də şəxsi heyət tərəfindən müxtəlif tapşırıqlar icra olunub. Üçrəngli Azərbaycan bayrağı Konya səmasında dağlandırılıb. Təlim iyunun 4-dək davam edəcək.




Azvision.az



Teqlər: MN   Təlim  





Xəbər lenti