Azərbaycanda koronavirusla bağlı son vəziyyət

 Azərbaycanda koronavirusla bağlı  son vəziyyət
  29 May 2021    Oxunub:1361
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 419 nəfər müalicə olunaraq sağalıb, 164 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 333 min 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 323 min 617 nəfər müalicə olunaraq sağalıb, 4903 nəfər vəfat edib. Aktiv xəstə sayı 5203 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 503 min 639 test aparılıb. Bugünkü test sayı isə 7004-dür.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti