Naxçıvanda keçirilən təlim başa çatdı - VİDEO

   Naxçıvanda keçirilən təlim başa çatdı -    VİDEO
  29 May 2021    Oxunub:1395
Naxçıvan Qarnizonu Qoşunlarında mayın 17-də başalayan komanda-qərargah təlimi başa çatıb.
Azvision.az xəbər verir ki, təliminin sonuncu mərhələsində bölmələrin yaranmış taktiki şəraitə uyğun olaraq bir istiqamətdən digərinə yerdəyişməsi həyata keçirilib. Xüsusi təyinatlı bölmələr şərti düşmənin müdafiəsindəki araboşluğundan yararlanaraq müdafiənin dərinliklərində hakim yüksəkliklərin ələ keçirilməsi üçün təyin olunmuş rayonlara çıxarılıb.



Motoatıcı və tank bölmələri artilleriya bölmələrinin atəş dəstəyilə hücumu dərinliyə doğru irəlidərək şərti düşmənin canlı qüvvəsini və döyüş texnikalarını məhv ediblər.

Aidiyyəti üzrə birləşmələrdə eləcə də bölmələrdə təlimin nəticələri təhlil olunub, aşkar edilən nöqsanların aradan qaldırıması istiqamətində və qazanılan təcrübələrin növbəti təlimlərdə tədbiq edilməsi barədə müvafiq tapşırıqlar verilib.

Azvision.az


Teqlər: Naxçıvan   Təlim  





Xəbər lenti