Erməni hərbi ekspertdən Paşinyana ağır sözlər

   Erməni hərbi ekspertdən Paşinyana ağır sözlər
  29 May 2021    Oxunub:1176
Erməni hərbi ekspert Vitali Manqasaryan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı təhqir edib.
Azvision.az xəbər verir ki, o, Paşinyanın dünən öz tərəfdarları ilə görüşündə hərbçilər barədə səsləndirdiyi fikirləri alçaldıcı hesab edir:

“Ölkədə hazırkı durumda məsul olan bir nömrəli şəxs və bir nömrəli günahkar iddia edir ki, ilk adamdır ki, əsgərləri "yem"lə bəsləyir (Meyvə-red.). Mən həmişə təhqir etmədən ictimaiyyət qarşısında danışmağa çalışmışam. Amma bu artıq sondur. Özüm və bütün ordu dostlarımın adından demək istəyirəm ki, heyvan sizsiniz. Nikolun ətrafında olanlar və keçmişdə ona xidmət etmiş şəxslərin hamısı heyvandır".

Qeyd edək ki, Nikol Paşinyanın sözlərinə görə, son üç ilə kimi erməni əsgərlər hərbi xidmətdə meyvənin nə olduğunu bilməyiblər. Bununla da Paşinyan onun hakimiyyəti dönəmində əsgərlərə yaxşı baxıldığını iddia edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Eksper  





Xəbər lenti