Xudafərin sərhəd gömrüyü tezliklə açılacaq - İran rəsmisi

   Xudafərin sərhəd gömrüyü tezliklə açılacaq -    İran rəsmisi
  29 May 2021    Oxunub:1900
Yaxın gələcəkdə İranla Azərbaycan sərhədində Xudafərin sərhəd gömrüyü açılacaq.
Azvision.az xəbər verir ki, bu barədə İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi bildirib.

Onun sözlərinə görə, sərhəd gömrüyünün fəaliyyətə başlaması üçün lazımi addımlar atılıb. Purməhəmmədi vurğulayıb ki, sərhəd gömrüyünün fəaliyyətə başlaması Azərbaycan və İran rəsmilərinin diqqət mərkəzindədir.

O, həmçinin qeyd edib ki, Xudafərin sərhəd gömrüyü İranın Şərqi Azərbaycan vilayətinin iqtisadi və ticarət dövriyyəsinin inkişaf etməsinə ciddi təsir göstərəcək.

Azvision.az


Teqlər: İran   Xudafərin   Gömrük  





Xəbər lenti