Türkiyədə koronavirusla bağlı son vəziyyət

   Türkiyədə koronavirusla bağlı son vəziyyət
  29 May 2021    Oxunub:1068
Türkiyədə son sutka ərzində 137 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 7656 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 235 min 978, pandemiya qurbanlarının sayı isə 47 min 271 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 94 min 279 pasiyent (son sutkada 11 180 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az



Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti