ABŞ konqresmeni Azərbaycanla bağlı bəyanat verdi
Azərbaycanın müstəqilliyinin Sovet İttifaqı tərəfindən əlindən alınmasına baxmayaraq, Sovet İttifaqı dağılandan sonra Azərbaycanın yenidən müstəqillik qazandığı və bu il müstəqilliyinin 30 illiyinin əlamətdar hadisə olduğu qeyd edilir.
Eyni zamanda ölkəmizin bu gün ABŞ-ın və müttəfiqlərinin yaxın tərəfdaşı olduğu, ABŞ-ın və NATO-nun Əfqanıstandakı missiyası boyu Əfqanıstana stabil bağlantı üçün əsaslı rol oynadığı və terrorçuluq əleyhinə geniş müharibədə ABŞ-la tərəfdaşlıq etdiyi bildirilir. Bununla yanaşı, Azərbaycanın yəhudi icması və İsrail ilə möhkəm münasibətlərə malik olması barədə məlumat verilir. Azərbaycanın Avropaya əsas enerji təchizatçısı olduğu və diversifikasiyaya əhəmiyyətli töhfə verdiyi, ötən ilin dekabr ayında fəaliyyətə başlamış Cənub Qaz Dəhlizi ilə Azərbaycanın əhəmiyyətinin daha da artacağı diqqətə çatdırılır.
Azvision.az