“Rusiyaya qarşı sanksiyalar sərtləşdirilməlidir” - AP sədri

 “Rusiyaya qarşı sanksiyalar sərtləşdirilməlidir” -  AP sədri
  30 May 2021    Oxunub:1602
"Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları sərtləşdirməlidir".
Azvision.az xəbər verir ki, belə bir çağırışı Avropa Parlamentinin sədri David Sassoli Funke edib.

Moskvadakı terrorla bağlı daha bir şübhəli saxlanılıb
"Biz (Avropa Birliyi ) Rusiya məmurlarına qarşı sanksiyaları sərtləşdirməli, eyni zamanda əhali və vətəndaş cəmiyyəti ilə daha sıx əlaqə qurmalıyıq",- deyə D.Sassoli bildirib. O, AB və Rusiya arasındakı münasibətləri "çox gərgin" olaraq xarakterizə edib. Bu baxımdan, Aleksey Navalnı ilə bağlı vəziyyəti və Ukraynanın cənub-şərqində davam edən münaqişəni xatırladıb.

Qeyd edək ki, son vaxtlar Moskva ilə Brüssel arasındakı münasibətlərdə gərginlik müşahidə edilir. Mart ayında Avropa Birliyi insan haqlarının pozulmasına görə yeni qlobal rejim çərçivəsində sanksiyalar tətbiq edib. Bu addım müxalifətçi Aleksey Navalnının həbsindən qaynaqlanıb. Buna cavab olaraq, Rusiya David Sassoli də daxil olmaqla səkkiz Avropa rəsmisinin ölkəyə girişinə qadağa qoyub.

May ayında Rusiya hökuməti dost olmayan ölkələrin siyahısını təsdiqləyib - bura hələlik yalnız ABŞ və Çexiya daxil edilib. Xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, siyahı gələcəkdə yenidən nəzərdən keçirilə bilər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Sanksiya  





Xəbər lenti