Toy olan ev minaatanla vuruldu: 10 ölü, 8 yaralı

Toy olan ev minaatanla vuruldu:  10 ölü, 8 yaralı
  30 May 2021    Oxunub:786
Əfqanıstanın şərqində yerləşən Kapisa vilayətində minaatanlardan atəş açılması nəticəsində ən azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Tolo News" agentliyi məlumat yayıb.

Bildirilib ki, toy mərasiminin keçirildiyi evi minaatan mərmisi vurub. Hadisənin Əfqanıstan Təhlükəsizlik Qüvvələri ilə radikal "Taliban" silahlıları arasında qarşıdurmanın yaşandığı bir vaxtda baş verdiyi qeyd edilir.

Polis minaatan mərmisinin Taliban tərəfindən atıldığını açıqlayıb. Qarşı tərəf isə məsuliyyəti təhlükəsizlik qüvvələrinin daşıdığını bəyan edub.

Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti