Yoluxanların bu günə olan statistikası

   Yoluxanların bu günə olan statistikası
  30 May 2021    Oxunub:1218
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 486 nəfər müalicə olunaraq sağalıb, 141 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 333 min 864 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 324 min 103 nəfər müalicə olunaraq sağalıb, 4907 nəfər vəfat edib. Aktiv xəstə sayı 4854 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 509 min 174 test aparılıb. Bugünkü test sayı isə 5535-dir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti