Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verildi - FOTOLAR

Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verildi -    FOTOLAR
  30 May 2021    Oxunub:1881
Bakının Xəzər rayonu, Albalılıq qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi əbədləşdirilib.
Azvision.az xəbər verir ki, dünən sözügedən massivdə 19 yaşlı şəhid Vüsal İsmayılzadə Əlibəndə oğluna həsr edilmiş bulağın açılış mərasimi keçirilib.

Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan V.İsmayılzadənin dostları, ailəsi və qohumları onu qürurla anıblar. Açılış mərasimində çıxış edənlər şəhidimizin şücaəti və keçdiyi döyüş yolundan danışıblar.

Qeyd edək ki, bulaq məhəllə sakinləri tərəfindən salınıb.







Azvision.az


Teqlər:





Xəbər lenti