Üç cüt qanad: Təyyarələrin yeni nəsli gəlir

      Üç cüt qanad:    Təyyarələrin yeni nəsli gəlir
  30 May 2021    Oxunub:2769
ABŞ-ın Alabama ştatında yerləşən “Super Efficient Aeronautics” startapı tamamilə yeni genişgöyərtəli təyyarə konseptini təqdim edib.
“SE Aeronautics” bildirir ki, 3 cüt qanada malik SE200 təyyarəsi havaya ənənəvi təyyarələrə nisbətən 80% az karbon qazı buraxacaq.

Hələ ki, ancaq kompüter qrafikası şəklində olan təyyarənin 264 sərnişin daşıyacağı, səs sürətinə yaxın 0,9 max (1100 km/saat) sürətə və 17 min kilometr uçuş radiusuna malik olacağı deyilir.

O, bütün parametrlərinə görə hazırkı analoqlarını üstələyir. Əsas fərqlərindən biri isə yanacağı 70% az işlədəcəyidir.

Üç cüt qanaddan əlavə, təyyarənin quyruq konstruksiyası da fərqli olacaq. O, qısa uçuş-eniş zolaqlarına da eniş-qalxa biləcək.

Quruluşunda kompozit materiallardan istifadə olunması SE200-ün tikilmə vaxtını iki dəfə azaldacaq.

Təyyarənin ilk nümunəsinin nə vaxta hazır olacağı haqda startap heç bir məlumat verməyib.

Samir Quliyev
Azvision.az



Teqlər: Texnika  





Xəbər lenti