“Müharibəni uduzduq və buna görə məsuliyyət daşıyırıq” - Paşinyan

   “Müharibəni uduzduq və buna görə məsuliyyət daşıyırıq” -    Paşinyan
  30 May 2021    Oxunub:1189
"Əgər biz satqınıqsa, onda bu insanlar burada nə edir, dinləməyə gəliblər ki, görsünlər nə danışırıq. Bu insanların hamısını buraya gəlməyə nə məcbur etdi? Onlar bura pul üçün gəldilər? Məcburiyyət səbəbindən? Təhlükələrə görə? Polis onları gətirib çıxardı?".
Azvision.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Lori əyalətinin Spitak şəhərində tərəfdarları ilə görüşündə deyib.

“Şübhəsiz, biz müharibəni uduzduq və bu məğlubiyyətə görə məsuliyyət daşıyırıq. Amma biz insanların gözlərinə baxmaq haqqını saxladıq", - Paşinyan qeyd edib.

Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti