Rusiyada atışma olub: Yaralılar var

   Rusiyada atışma olub:    Yaralılar var
  30 May 2021    Oxunub:1101
Rusiyanın Yekaterinburq şəhərində bir kişi evin pənrəsindən küçədəki insanlara atəş açıb.
Azvision.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polisə Borodin küçəsindəki evlərdən birinin pəncərəsindən atəş səsləri eşidilməsi barədə məlumat daxil olub. Polis dərhal hadisə yerinə gedib. Məlum olub ki, pəncərədən açılan atəş nəticəsində küçədən keçən bir qız və Rusiya Milli Qvardiyasının əməkdaşı yaralanıb.

Qızın vəziyyətinin ağır olduğu deyilir.

"Qız ağır vəziyyətdədir, kişinin vəziyyəti isə orta ağırdır", - deyə Səhiyyə Nazirliyinin Sverdlovsk vilayəti üzrə mətbuat xidmətindən bildirilib.

Hadisə yerində atəş açan kişinin şəxsiyyəti, istifadə etdiyi silahın tipi müəyyənləşdirilir.

Azvision.az


Teqlər: Rusiya   Atışma  





Xəbər lenti