“Hər şikayətə görə cəza verilsə, Avropada hakim qalmaz”

“Hər şikayətə görə cəza verilsə, Avropada hakim qalmaz”
  29 Mart 2013    Oxunub:2634
Avropa Məhkəməsindəki təmsilçimiz oxucuların suallarına cavab verir
AzVision.az saytının ilk qonağı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov oxucularımızın ona ünvanladığı sualları cavablandırıb.

Cavablar videomüsahibə formatındadır. Suallar qruplaşdırılıb və 6 kateqoriyaya ayrılıb. Təkrarlanan suallar çıxarılıb, həmçinin, Çingiz Əsgərova aid olmayan bəzi sualların üzərindən keçmişik.


1) Hazırda Avropa Məhkəməsi ilə kommunikasiyada neçə iş var? Onlardan neçəsi cinayət, neçəsi mülki işdir? Mülki işlər əsasən, hansı məsələlərlə bağlıdır?.. (Teymur, Sona Əsgərova, Fərəh, Mahir Quliyev)




2) Avropa Məhkəməsinin qərarlarını icra etmək məsələsi yarananda hansı təsir vasitələrindən istifadə olunur?. İcraya məcbur etmək mexanizmləri varmı?.. (Miri, Zabit)




3) Avropa İnsan Hüquqları Məhkəməsi bir şikayəti tam araşdırıb qərar çıxarmaq üçün illər sərf edir. Bilmək istərdim ki, bu müddətin azaldılması üçün hər hansı bir təkmilləşdirici tədbirlər və ya mexanizmlər varmı? Və nə vaxt tətbiq olunacaq? (Sərxan)




4) Məcburi köçkünlərin işi ilə bağlı xəbər varmı? Onların işinə nə vaxt baxılacaq? Məqbulluq haqqında aralıq qərarının qəbuluna 5 ilə yaxın vaxt getdi. Mahiyyəti üzrə qərarın çıxarılmasına nə qədər vaxt gedecek? Proses nə üçün bu qədər uzanır? Sizcə Azropa Məhkəməsinin qərarı necə olacaq? bunu proqnozlaşdırmaq mümkündürmü? Həmin qərarın əhəmiyyəti barədə nə deyə bilərsiniz? Əvvəlcədən təşəkkür edirəm. (Ceyran, İlqar, Kürd)



5) 2010-cu ilin noyabr ayında göndərdiyim şikayət ərizəsi üzrə Avropa Məhkəməsi ilə Hökumət arasında kommunikasiya təxminən nə vaxt başlaya biıər?
2012-ci ilin fevral ayında icra olunmayan məhkəmə qətnamələri ilə əlaqədar Avropa Məhkməsinə göndərdiyim şikayət ərizəsi üzrə kommunikasiya nə vaxt başlaya bilər?
Eşitdiyimə görə, icra edilməyən qətnamələrə görə işlərə digərlərinə nisbətən daha tez baxılır.
(Azər, Əliyev Həsanalı, Elçin)




6) Avropa Məhkəməsi tərəfindən Azərbaycana qarşı təmin olunan xeyli iddia var. O işlər üzrə Azərbaycanda yerli məhkəmələrdə qərar çıxaran hakimlər hansısa formada cəzalandırılırmı? (Fərəh)




Teqlər:  





Xəbər lenti