DMX əcnəbi və vətəndaşlığı olmayanlara müraciət etdi

   DMX əcnəbi və vətəndaşlığı olmayanlara müraciət etdi
  31 May 2021    Oxunub:821
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli, 151 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.
Azvision.az xəbər verir ki, bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək (Daha ətraflı - https://www.migration.gov.az/az/news_detail/14374 )

DMX-dan bildirilib ki, karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (5 və 6, 12 və 13, 19 və 20, 26 və 27 iyun, 3 və 4, 10 və 11, 17 və 18, 24 və 25,31 iyul və 1 avqust 2021-ci il tarixlərində) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Azvision.az


Teqlər: Miqrasiya-Xidməti  





Xəbər lenti