Ermənistanla sərhəddə vəziyyət necədir? - DSX açıqlama yaydı

   Ermənistanla sərhəddə vəziyyət necədir? -    DSX açıqlama yaydı
  31 May 2021    Oxunub:763
Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.
Bununla əlaqədar Dövlət Sərhəd Xidmətindən Azvision.az -a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır.

Azvision.az


Teqlər: DSX   Sərhəd  





Xəbər lenti