“YAŞAT” daha 119 şəhid və qazi ailəsinin məişət şəraitini yaxşılaşdırdı

   “YAŞAT” daha 119 şəhid və qazi ailəsinin məişət şəraitini yaxşılaşdırdı
  31 May 2021    Oxunub:718
24-30 may tarixlərində 119 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 110 qazinin tibb xərcləri ödənilib.
Qeyd olunub ki, daha 222 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 73 şəxsin tibb xərclərinin ödənilməsi, 10 şəxsin borc öhdəliklərinin qarşılanması, 1 şəhid və qazi ailəsinin təhsil xərclərinin ödənilməsi istiqamətində işlər görüləcək.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond  





Xəbər lenti