Erməni general qəzaya düşdü, vəziyyəti ağırdır

 Erməni general qəzaya düşdü,  vəziyyəti ağırdır
  31 May 2021    Oxunub:892
Ermənistanda general avtomobil qəzasına düşüb.

Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilir ki, "Opel" markalı avtomobillə toqquşan "Nissan X-Trail"də ordu generallarından biri olub. Xəstəxanaya yerləşdirilən generalın adı hələlik rəsmi orqanlar tərəfindən açıqlanmasa da, “Shamshiyan” saytı hadisənin təfərrüatlarını öyrənə bilib.
"Opel"in Ararat sakini 26 yaşlı Hakob Ohanyan, "Nissan X-Trail"in isə 58 yaşlı Karen Barsegyan tərəfindən idarə olunduğu üzə çıxıb. Məlumata görə, qəzaya düşən Barseqyan general-mayordur. Onun vəziyyətinin ağır olduğu deyilir.

Tural Tağıyev
Azvision.az


Teqlər: General   Qəza  





Xəbər lenti