Milli Məclisin yaz sessiyası başa çatdı

   Milli Məclisin yaz sessiyası başa çatdı
  31 May 2021    Oxunub:864
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.
Azvision.az -ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, yaz sessiyasında 14 iclas keçirilib, 88 qanun və qərar, o cümlədən bir konstitusiya ilə bağlı qərar qəbul edib.

Spiker Milli Məclisin yaz sessiyasını bağlı elan edib. Dövlət Himninin oxunması ilə sessiya başa çatıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti