Erməni hərbçilər qəzaya düşdü - 10 nəfər yaralandı

 Erməni hərbçilər qəzaya düşdü -    10 nəfər yaralandı
  31 May 2021    Oxunub:2124
Bu gün Gorus rayonu ərazisində Ermənistan silahlı qüvvələrinə məxsus avtomobilin idarəetmədən çıxması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb. Qeyd olunub ki, hadisə yerinə bir neçə təcili yardım maşını cəlb edilib.
“Ural” markalı 3177 dövlət nömrə nişanlı hərbi yük maşınının aşması nəticəsində 10 nəfərədək hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəsisələrinə yerləşdirilib. Hadisə nəticəsində yaralanan hərbi qulluqçular Emil Ağamalyan və Vağaş Soqomonyanın vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, sürücünün spirtli içki qəbul etməsi qəzaya səbəb olub.

Faktla bağlı hərbi polis tərəfindən araşdırma başlayıb.

Azvision.az


Teqlər: Ermənistan   Hərbçi   Yaralanmaq  





Xəbər lenti