“Azərbaycanla Türkiyədən başqa Ermənistanın müstəqilliyini heç kim istəmir” – Millət vəkili

  31 May 2021    Oxunub :441
“Azərbaycanla Türkiyədən başqa Ermənistanın müstəqilliyini heç kim istəmir” –    Millət vəkili
“Prezidentimiz təməlqoyma törənində çox doğru buyurdu, biz müstəqil olmasaydıq, indi baş verənləri heç ağıla gətirmək mümkün deyildi. Məhz dərin ağla, üstün zəkaya dayanan müstəqil siyasətin nəticəsidir ki, “Qafqazın Xirosiması” adlandırılan bir şəhərin xarabalıqları üzərində layihəsindən də göründüyü kimi, ekoloji standart və infrsartrukturun mükəmməlliyi baxımından təkcə Azərbaycanda yox, bütün regionda ən yaşamalı yer olacaq, əvvəlkindən daha gözəl və daha möhtəşəm bir Ağdam salınır”.
Bu sözləri millət vəkili Sahib Alıyev parlamentin bugünkü iclasında deyib. Çıxışında bütünlüklə Qarabağın gələcəyini dəyişəcək olaydan - yeni Ağdamın təməlinin qoyulmasından və o fonda gedən proseslər danışan deputat bildirib ki, Ağdamın, digər yaşayış məsəkənlərimizin altını-üstünə çevirənlər, oralarda daş üstdə daş qoymayanlar və onları öz svilizasiyalarının bir parçası sanaraq, davamlı dəstəkləyənlər yığdıqları daşları ətəklərindən tökməli, yeni reallığın fəlsəfəsinə uyğun hərəkət etməlidirlər:

- Həmsədr dövlətlərdən ikisi artıq bitmiş münaqişənin özlərinin dediyi kimi, “uzunmüddətli siyasi həllindənsə”, Azərbaycanla Ermənistan arasında böyük sülh anlaşmasının bağlanmasından danışmalıdırlar ki, onun da yolu hər iki tərəfin bir-birinin torpaq bütünlüyünü tanımalarıdan keçir. Dövlətimzin başçısının verdiyi bəyanatlardan da görünüdyüy kimi, Azərbaycan buna hazırdır. Ermənistana guya canı yanırmış kimi davrananlar qonşularına nifrət xəstəliyinə yoluxdurulan toplumu sülhə hazırlamalıdırlar. Həm də ona görə ki, həmin toplumun xəstələndirilməsində onların da rolu az deyil. Amma təəssüf ki, bir sıra hallarda onun əksini edirlər.

Millət vəkilinin fikrincə, paradoksal səslənəcək, ancaq görünən budur ki, Azərbaycanla Türkiyə və bir də bəlkə, Gürcüstandan başqa Ermənistanın normal qonşuluq prinsiplərinə, qarşılıqlı faydaya dayanan siyasət yeridən müstəqil dövlətə çevrilməsini heç kim istəmir. Həm də forpost üzərində təsirlərinin olması səbəbindən böyük güclərin, belə demək mümkünsə, dövrəsində fırlanan hay diasporuna bu, əl vermir. Çünki Ermənistan müstəqil olarsa, onda rəsmi İrəvana təsirləri və demək, həmin güçlər üçün dəyərləri də azalır.

- Ona görə də, bir daha vurğulayıram, əgər doğrudan da Ermənistana canları yanırsa, Minsk qrupuna həmsədrlik edənlər, ona dəstək adı altında regionda gərginliyin qorunub saxlanmasına çalışmamalıdırlar. Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı onların, özəlliklə də Fransanın ortaya qoyduğu mövqe məhz bundan – gərginliyin qalmasında maraqlı olmalarından xəbər verir. Həmsədrlərin üçü də, ilk növbədə Rusiya gözəl bilir ki, Azərbaycan özünün keçmiş SSRİ dönəmindəki sərhədlərinin digər MDB ölkələri kimi “uti possidetis iuris”, yəni “səninki səndə, mənimki məndə” prinsipi üzrə bərpasını istəyir və məhz bu prinsipə dayanaraq, qarşı tərəflə delimitasiya-demarkasiya danışıqlarına hazırdır. Hazır omayan Ermənistan və belə görünür ki, havadarlıq adı altından ona geosiyasi təsir aləti kimi yanaşanlardır,- deyə deputat əlavə edib.

Teqlər: Ermənistan   Qarabağ