"Bir qrup insan adımızdan istifadə edir"- Qarabağ qaziləri

  31 May 2021    Oxunub :358
"Bir qrup insan adımızdan istifadə edir"-    Qarabağ qaziləri
"Müəyyən bir qrup insanlar var ki, onlar öz şəxsi mənafeləri üçün "Qarabağ qaziləri" ictimai birliyi adından istifadə edərək, qeyri-qanuni yolla idarə və təşkilatlara təzyiqlər göstərir, xoşagəlməz hadisələr törədirlər. Bu kimi halları, qanusuzluqları pisləyirik”.
Azvision.az xəbər verir ki, bu barədə "Qarabağ qaziləri" İctimai Birliyinin yaydığı açıqlamada deyilir.

Açıqlamada bildirilir ki, yayılan məlumatlara görə, başqa-başqa təşkilat rəhbərləri özlərini "Qarabağ qaziləri" İctimai Birliyinin sədri və ya başqa səlahiyyətli nümayəndəsi kimi təqdim edirlər: ""Qarabağ qaziləri" ictimai birliyi rəsmən bəyan edir ki, bu qanunsuz hərəkətləri törədənlərin birliyə heç bir aidiyyəti yoxdur. "Qarabağ qaziləri" birliyinin sədri Qarabağ qazisi Asəf Əliyevdir. Onun rəhbərliyi altında "Qarabağ qaziləri" birliyi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə öz sağlamlıqlarını itirmiş müharibə əlillərinin sosial-iqtisadi vəziyyətini, maddi rifahlarının yaxşılaşdırılması və hüquqlarının qorunması istiqamətində çalışan ictimai təşkilatdır. Bu istiqamətdə də öz fəaliyyətini davam etdirir".

Azvision.az

Teqlər: