DYP-dən “Formula 1″lə bağlı sürücülərə MÜRACİƏT

  31 May 2021    Oxunub :422
  DYP-dən “Formula 1″lə bağlı sürücülərə  MÜRACİƏT
Bakı şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

İdarəinin baş inspektoru, polis mayoru Araz Əsgərli Azvision.az - a bildirib ki, "Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtın mərkəzinə səfərləri məhdudlaşdırmağı tövsiyyə edirlər:

“Bakı şəhər ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə 8 iyun tarixinədək bağlanacaq və yaxud istiqaməti dəyişdiriləcək küçə və prospektlər barədə təqdim etdiyimiz məlumata əlavə olaraq bildirmək istəyirik ki, xüsusən yük avtomobillərinin sürücüləri onların hərəkətlərini tənzimləyən hüquqi və fiziki şəxslərdən paytaxtın mərkəzinə səfərlərini məhdudlaşdırmaları tövsiyyə olunur.

Şəxsi minik avtomobili hərəkət edən vətəndaşlarımızın isə paytatxtın küçə və prospektlərində parkalanma imkanlarının az olduğunu nəzərə almaqla ictimai nəqliyyata üstünlük vermələrini, xüsusiilə bu dövrdə dayanma və durma qaydalarına riayət etmələrini, sürücülərin DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini xahiş edirik”.

Azvision.az

Teqlər: