Nardaranda xeyli sayda sursat tapılıb - VİDEO

Nardaranda xeyli sayda sursat tapılıb -    VİDEO
  31 May 2021    Oxunub:844
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 91 ədəd 7,62 çaplı güllə, 22 ədəd 5,45 çaplı güllə, 1 ədəd döyüş tətbiqinə yararlı UZRQM partladıcı, 1 ədəd döyüş tətbiqinə yararlı “BP-M 75” əl qumbarası, 3 ədəd “DM-11” tüstü minası aşkar edilib.

Aşkar edilmiş sursatlar zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.



Azvision.az



Teqlər:





Xəbər lenti