“Türkiyə şirkətləri yenidənqurma işlərində fəal iştirak edir” - Rəşad Nəbiyev

   “Türkiyə şirkətləri yenidənqurma işlərində fəal iştirak edir” -    Rəşad Nəbiyev
  31 May 2021    Oxunub:1324
Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etdik. Səfər çərçivəsində türkiyəli həmkarlarımız erməni vandalizminin, vəhşiliyinin şahidi oldular.
Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib. Nazir qeyd edib ki, azad edilmiş torpaqlarda genişmiqyaslı tikinti-quraşdırma işlərinə, o cümlədən dəmir yolu infrastrukturunun və Füzuli hava limanının inşasına başlanılıb:

“Prezident İlham Əliyevin tapşırığı ilə türk şirkətləri bu prosesə cəlb olunublar. 44 günlük müharibə zamanı türk qardaşlarımızın hər zaman yanımızda olduğunu hiss etdik. Bu gün də onlar öz bilik və bacarıqlarını, təcrübələrini işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsində bölüşürlər. Bu torpaqlarda aparılan yenidənqurma işləri, infrastruktur layihələri ümumilikdə regionun inkişafına böyük təkan verəcək”.

Azvision.az


Teqlər: RəşadNəbiyev  





Xəbər lenti