Koronavirusa yoluxan erməni hərbçilər xidmətə məcbur edilir

 Koronavirusa yoluxan erməni hərbçilər xidmətə məcbur edilir
  31 May 2021    Oxunub:1232
Ermənistan ordusunda koronavirusa yoluxma halları sürətlə artır.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Gorus rayonunda bölmələrindən birində əsgərlər arasında virusa yoluxma halları aşkarlanıb.

Məlumata görə, hərbi qulluqçular K.Gevorkyan və D.Petrosyan koronovirusa yoluxsalar da, onlar müalicə müəssisəsinə yerləşdirilməyib. Koronavirus xəstəsi olan hərbçilər məcburi şəkildə xidmətə cəlb olunur.

Digər hərbi hissələrdə də oxşar hallar müşahidə edilir. İnfeksiya daşıyıcılarının xidmətə məcbur edilməsi hərbçi çatışmazlığı ilə əlaqələndirilir. Bu da sonda fərarilik və intihar hallarına gətirib çıxarır.

Ermənistanın rəsmi qurumları isə sadəcə hərbi hissələrdəki problemləri ört-basdır etməklə vəziyyətdən çıxmağa çalışır.

Azvision.az


Teqlər: Ermənistan   Hərbçi  





Xəbər lenti