“Nikol və Anna itkilərin sayını gizlədirdi” - Sabiq səfir

“Nikol və Anna itkilərin sayını gizlədirdi” -  Sabiq səfir
  01 İyun 2021    Oxunub:1985
Döşəmədə plastik torbalara yığılmış cəsədlər "qəhrəman" oğlanlarımızdır. Bu, həm də bizim milli rüsvayçılığımızın sübutudur.

Azvision.az xəbər verir ki, bu sözləri Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan deyib.
“Belə bir mənzərəni görəndən sonra kim canını vətən uğrunda qurban vermək istər? Müharibənin dördüncü günündən etibarən Nikol və Anna itkilərin sayının gizlədilməsində şəxsən iştirak etdilər. Cəsədləri gizlətməklə şəxsən məşğul idilər. İlk gündən hamı bilirdi, hər yerdə yazılırdı, biz fəryad edirdik, amma onlar özlərini elə göstərirdilər ki, bu, mümkün deyil. Valideynlər də susdular, siyasətdə iştirak etmədiklərini deyib, bizi də susmağa məcbur etdilər. Zorlanmış bir ləyaqət, qan ağlayan xalq, qəhrəmanların belə heç kimə lazım olmadığı laqeyd bir dövlət. Fəxr edirsən, Nikol?”, - Minasyan sosial şəbəkə hesabında yazıb.



Xatırladaq ki, sosial şəbəkələrdə və KİV-lərdə məhkəmə tibbi ekspertizanın Abovyan şöbəsində yüzlərlə erməni əsgər cəsədinin plastik torbalarda saxlanılmasına dair görüntülər yayılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti