“Paşinyan axmaq və yalançıdır” - General Xaçatryan

 “Paşinyan axmaq və yalançıdır” -  General Xaçatryan
  01 İyun 2021    Oxunub:1245
Nikol Paşinyan axmaq, ağılsız və yalançıdır.

Azvision.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryan deyib.
Xaçatryan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın müharibədən sonra Baş Qərargaha sərhədin avadanlıqlarla təchiz edilməsi üzərində işləmək barədə təlimat verməsinə dair dediklərini təkzib edib:

Dövlət Departamenti: "Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq"
“Ən azından qarın təmizlənməsi, şəxsi heyətin mövqelərə çatdırılması üçün lazımi avadanlıqların verilməsi ilə bağlı bir neçə dəfə müraciət etdik, amma heç nə edilmədi. Müəyyən problemlərin həlli üçün vəsaitləri artırmaq lazım idi, artırmadılar, əksinə planlaşdırılanları azaltdılar, vəsait tapacaqlarına söz verdilər, heç nə etmədilər”.

Erməni general-leytenant Paşinyanın orduya dəstək olması barədə iddialarını da rədd edib:

“Bir dəfə olsun, bir saniyə belə bizə dəstək verilmədi. Yalnız ali baş komandan istənilən növ raketin buraxılmasına icazə verə bilər. Raket atmaq vəzifəsi qarşıya qoyuldu və ruslarla hərəkətləri razılaşdırmaq problemi yarandı. Ruslar kimlərdir? Burada hər şeyə mən qərar verirəm. Özünü bu cür apardı".

Xaçatryan bildirib ki, müharibədəki məğlubiyyətin səbəblərinin araşdırılması ilə bağlı sabiq Baş Qərargah rəisi Onik Qasparyanla birgə komissiya yaratmağı tələb etsələr də, onları dinləmədilər.

“Hələ 2019-cu ildə təlimlər keçirdik və 62 çatışmazlıq təqdim etdik, bunların neçəsi aradan qaldırıldı? Heç biri. İl ərzində nə bir qüsur, nə bir problem həll olundu. Yalnız əsgərlər üçün alt paltar məsələlərini həll etdi. Görünür, yalnız bunu anlayır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti