Sahibə Qafarova Pakistanda səfərdədir

   Sahibə Qafarova Pakistanda səfərdədir
  01 İyun 2021    Oxunub:1004
Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-də Pakistan İslam Respublikasına səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, ölkənin paytaxtı İslamabadın “Nur Xan” hava limanında nümayəndə heyətimizi Pakistan Senatının Sədr müavini Məhəmməd Mirzə Afridi, Milli Assambleyanın üzvü, Millətlər Birliyi Qadın Parlamentarilərin Sədri xanım Şahdana Gulzar Xan, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və digər rəsmi şəxslər qarşılayıblar.

İyunun 1-də nümayəndə heyətinin üzvləri burada işə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransına qatılacaqlar.



Anar Kəlbiyev
Azvision.az



Teqlər: Spiker   Səfər   Pakistan  





Xəbər lenti