“Ermənistanda hər bir vətəndaş təhlükə altındadır” - Ayvazyan

“Ermənistanda hər bir vətəndaş təhlükə altındadır” -  Ayvazyan
  01 İyun 2021    Oxunub:920
Tanınmış erməni ictimai fəal Tatev Ayvazyan İkinci Qarabağ müharibəsində ölmüş erməni hərbçilərin cəsədlərinin qalıqlarının morqlarda gizlədilməsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, Ayvazyan 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ölkəsində gənclərin, uşaqların hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. Çünki Ermənistanda gənclərə, uşaqlara məlum morq fotolarındakı kimi münasibət sərgilənir.

Daşnak İşxanın qardaşlarından sonra atasına da cinayət işi açıldı
“Ermənistanda uşaqlar müdafiə altında olmurlar. Ermənistanda uşaqlar öldürülür və çuvallarda saxlanılır. Ermənistanın hər bir vətəndaşı təhlükə altındadır. Başa düşürsünüzmü ki, bu qorxu filmlərini xatırladan kadrdır. Əgər qorxu filmi bir saat yarım çəkirsə, biz 7 aydır ki, qorxu içində yaşayırıq.
Siz 18 yaşlı uşaqları doğrayıb çantanızda saxlamısınız.

"Mərhəmətli" cinayətkarlar, uşaqlarınızın ad günlərini çantanızda başqalarının uşaqlarının parçalanmış meyitlərini gəzdirməklə qeyd edirsiniz. Əsgərlər canlarını verdilər ki, müharibədən 7 ay sonra zirzəmilərdə torbalarda qalsınlar? İyunun 1-də uşaqları meydanda toplayacaqsınız. Onların qardaşlarının və atalarının necə parçalara böldüyünüzü və torbalara necə doldurduğunuzu izah edin",-deyə ictimai fəal bildirib.

Xatırladaq ki, dünən sosial şəbəkələrdə və KİV-lərdə məhkəmə tibbi ekspertizanın Abovyan şöbəsində yüzlərlə erməni əsgər cəsədinin plastik torbalarda saxlanılmasına dair görüntülər yayılıb.

Oxşar mövzu:

“Morqun döşəməsinə dövlətimiz və şərəfimiz atılıb” - Erməni fəal

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Əsgər   Cəsəd  





Xəbər lenti