Güclü külək əsəcək, dolu düşəcək - Xəbərdarlıq

  Güclü külək əsəcək, dolu düşəcək -    Xəbərdarlıq
  01 İyun 2021    Oxunub:1141
Bakıda və Abşeron yarımadasında iyunun 2-si axşamdan 4-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti vətəndaşlara xəbərdarlıq yayıb.

Qeyd olunub ki, Azərbaycanın bəzi rayonlarında iyunun 2-si axşamdan 4-ü səhərədək qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti